2012-ci il Avropa çempionatının seçmə oyunlarına hazırlıqlarını yekunlaşdırmaqda olan Azərbaycan milli komandası 10 günlük təlim-məşq toplantısı keçirəcək. 30 avqust - 8 sentyabr tarixləri arasında baş tutacaq təlimlərin məkanı kimi Almaniya seçilib.
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts komandamızın yarımmüdafiəçisi Fabio Luis Ramimi Almaniya ilə oyunda görmək istəyir. Komandamızın baş məşqçisi milli komanda düşərgəsinə dəvət etdiyi 22 futbolçu arasında klubumuzun təmsilçisi Fabio Luis Ramim də var. Onu da qeyd edək ki, Ramim Berti Foqtsun ən çox güvəndiyi futbolçulardan bilridir. Milliləşdirilmiş braziliyalı oyunçu bu günə qədər 12 dəfə milli komanda forması geyib və 4 qola imza atıb.
Fabio Luis Ramim başqa bir maraqlı göstərici üzrə də millimiin rekordçusudur. Ramim Azərbaycan yığmasının ən erkən qoluna imza atan futbolçudur. Bu əlamətdar hadisə İordaniya və Azərbaycan milli komandalarının 24 fevral 2010-cu il tarixdə Əmmanın "King Abdullah" stadionunda oynanılan İordaniya-Azərbaycan (0:2) yoldaşlıq görüşünün 47-ci saniyəsinə təsadüf edib. Ramimim qolu statistika həvəskarları tərəfindən milli komandamızın vurduğu ən tez qol kimi qeydə alınıb.