“Bakı”da ilk mövsümünü keçirən Adnan Bərəkət mayın 23-də karyerasının ilk kubokunu qazanmaq əzmindədir. Təcrübəli futbolçu finalda “Xəzər Lənkəran”a qalib gələcəyimizə əmindir:
“İnanıram ki, kubokun final oyunu bizim üçün yaxşı alınacaq. Karyeramda ilk dəfə final həyəcanı yaşayacağam. Hollandiyada çıxış edərkən bir dəfə yarımfinala yüksəlsək də, bundan artığını bacarmadıq. Ona görə də karyeramın ilk kubokunu qazanmaq istəyirəm.
Hamımız qarşıdakı oyuna köklənmişik. Qələbə qazanmaq istəyirik. Çempionatda “Xəzər Lənkəran”a qarşı bir qədər ehtiyatlı oynadıq. Çünki səfərdə çıxış edirdik. Bununla belə, rəqib meydan amilindən yararlana bilmədi. Çünki biz taktiki cəhətdən çox yaxşı oynadıq. Amma bu dəfə biz öz meydanımızda çıxış edəcəyik.
“Xəzər Lənkəran”a evdə necə oynamağın lazım gəldiyini göstərəcəyik. Hazırda rəqib çox hirslidir. Çünki biz onları çempionluqdan etdik. Lakin biz gücümüzüə inanırıq.