Kimsə bizim qarşımızı kəsə bilməyəcək“Bakı” Futbol Klubunun üzvü Fabio Luis Ramin bu gün “Xəzər Lənkəran”la oyunda vurduğu həlledici qolla özü-özünə ad günü hədiyyəsi etdi. Dünən 29 yaşı tamam olan Ramim bu xoş günü komanda yoldaşları ilə birgə qeyd etdi.
"Bakı"-"Xəzər Lənkəran" qarşılaşmasından sonra klubun rəsmi saytına açıqlama verən Ramim oyunları bağlı bunları dedi:
“Qarşılaşma çox gərgin və maraqlı alındı. İlk dəqiqələrdən üstünlük bizim tərəfimizdə idi. Amma heç cür fərqlənə bilmirdik. Bununla belə, 90-cı dəqiqədə olsa da, qələbə topunu vura bildik. Həlledici topun müəllifi olduğu üçün çox şadam. Dünən komanda üzvləri ilə birgə ad günümü qeyd etdim. Mənim üçün bundan gözəl hədiyyə ola bilməzdi.
Növbəti oyunlarda da bu cür çıxış edə bilsək, heç bir komanda qarşımızı kəsə bilməz”.