Yunanıstanın AEK klubunun baş məşqçisi azarkeşləri tərəfindən döyülüb. Apasport.az saytının məlumatına görə, buna yoxlama oyunundakı məğlubiyyət səbəb olub. Sevimli komandalarının “Kalliteya” klubuna 1:2 hesabı ilə uduzmasından sonra AEK fanatları Duşan Baeviçlə haqq-hesab çəkmək qərarına gəlib.
Afinalı azarkeşlər bununla da 14 illik qisaslarını alıblar. Belə ki, 1996-cı ildə klubu tərk edib paytaxtın digər təmsilçisi “Panatinaikos”a keçən Baeviç xəyanətkar imici qazanmışdı. AEK-in prezidenti Stavros Adamidis yaşananları biabırçılıq kimi dəyərləndirib: “Baş verənlər rüsvayçılıqdır. Belə hallar qəbul edilməzdir. Əsl azarkeşləri bizə belə problemlər yaşatmamağa çağırıram. Mən Baeviçlə söhbət etdim. Döyüldükdən sonra o, şokda idi. Biz onun komandada qalması üçün hər şey edəcəyik”.