Azərbaycanının "İnter" klubunun Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ənənəvi "Birlik Kuboku"nun 1/4 finalında Ermənistan təmsilçisi "Mika" üzərində əldə etdiyi 4:0-lıq möhtəşəm qələbə bizi hədsiz sevindirdi.
"Bakı" futbol klubu "İnter" idman klubunu bu tarixi qələbə münasibəti ilə təbrik edir, ölkəmizi beynəlxalq turnirdə təmsil edən Azərbaycan klubuna gələcək oyunlarda uğurlar arzulayır.