"Bakı" futbol klubunun üzvləri 8 mart beynəlxalq qadınlar bayramı münasibəti ilə bütün bütün nənə, ana, bacı, balaları təbrik edirlər.
Komandamızın NBC Azərbaycan Kuboku uğrunda keçirəcəyi 1/4 final mərhələsinin cavab oyunu, məhz, gözəllik bayramı olan 8 mart beynəlxalq qadınlar gününə təsadüf edir.
Aleksey Savinov və Əziz Quliyev bayram günündə qadınlara futbolçularımız adından öz təbriklərini ünvanlayırlar.
Aleksey Savinov: 8 mart beynəlxalq qadınlar bayramı münasibəti ilə də bütün qadınları təbrik edirəm. Bütün futbolçularımızın analarını, xanımlarını, “Bakı” klubunda çalışan bütün qadınları, ailəmi və iki qızımı təbrik edirəm. Bayramda onlarla birlikdə olmasam da, telefonla təbriklərimi şatdıracağam”.
Əziz Quliyev: “Qəbələ ilə oyunumuz beynəlxalq qadınlar bayramına təsadüf edir. Bütün qadınları bu münasibətlə təbrik edirəm. Sözüm budur ki, həmişə qadınlarımız biz onları sevdiyimiz kimi, gözəl, incə və zərif olsunlar”.
"Bakı" futbol klubunun kollektivi bu təbriklərə qoşulur və bütün dünya qadınlarına sevgi, təravət və nəvaziş arzulayır.