"Bakı" futbol klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. Yay transfer pəncərəsində "Gəncə"yə keçən və 6 ay müddətində bu komandanın formasını geyən təcrübəli müdafiəçi Rafael Əmirbəyov yenidən "Bakı"nın heyətindədir.
Qarşılıqlı razılığa əsasən, Rafael Əmirbəyov mövsümün sonuna qədər "Bakı"nın idman şərəfini qoruyacaq.