Admin Admin
İsmarıc sayı : 347 Registration date : 13/03/09
Kişi sayfası Fabio: (0/0)
| Mövzu: "Bakı" futbol klubu təbrik edir! C. Dek. 31, 2010 7:23 pm | |
| "Bakı" futbol klubu xalqımızı dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni 2011-ci il münasibəti ilə təbrik edir! Qarşıdan gələn 2011-ci ildə hər birinizə və Azərbaycan xalqına bolluq, əminamanlıq, saədət arzulayırıq. "Bakı" futbol klubu komandanın ikinci dəfə Azərbaycan Kubokunu və Unibank Premyer Liqasının gümüş medallarının qazanmasında payı olan insanlara, qurumlara, sponsorlara təşəkkür edir, onlara futbol fanatları adından "sag olun" deyir, daha yüksək zirvələri birgə fəth etməkdən zövq almağı arzulayır. "Bakı" futbol klubu Azərbaycan Milli Olimpiya Komtəsi (MOK), Azərbaycan Gənclər İdman Nazirliyi (AGİN), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Peşəkar Futbol Liqası (PFL), idman klublarının rəhbərliyi və kollektivini Yeni il münasibəti ilə təbrik edir, Azərbaycan idmanının və futbolunun inkişafı naminə fəaliyyətində uğurlar arzulayır. "Bakı" futbol klubu Azərbaycan Pemyer Liqası, Birinci liqa klubları, həvəskar komandalar və onların rəhbərliyini, futbol oynayan və futbolu sevən insanları Yeni il münasibəti ilə təbrik edir, 2011-ci ildə daha çox idman sevinci, yeni-yeni qələbələr arzulayır. "Bakı" futbol klubu futbolumuzun inkişafında əhəmiyyətli rol oynayan media nümayəndələrini Yeni ildə yaradıcılıq uğurları arzulamaqla bərabər daha geniş və səmərəli birgə fəaliyyətə dəvət edir. Qələmləriniz iti olsun! "Bakı" futbol klubu komandamızın yaxşı və çətin günlərində, yağışda, qarda, soyuq küləkdə və gızmar günəşdə bizimlə birgə olan, yorulmadan dəstək verən azarkeşlərimizi, fan klubumuzun üzvlərini təbrik edir, "Bakı"nın 3-cü çempionluğu və 3-cu kuboku qazanmasında həmişə olduğu kimi "Bakı - çempion!" şüarını fəxrlə səsləndirməyə çağırırıq.İlin son günündə "Bakı" futbol klubunun kollektivini, klubumuzun bütün üzvlərini təbrik edirik, bütövlükdə Azərbaycan futboluna daha böyük uğurlar gətirəcək yeni 2011-ci ildə arzu və istəklərinizin həyata keçməsini diləyirik. Yeni 2011-ci iliniz mübarək! | |
|