Bu gün “Bakı” fan-klubun fəalları komandamızın məşqində iştirak ediblər. Fan-klub prezidenti Ruslan Hənifəyevin təşəbbüsü ilə azarkeşlərimizin Biləcəri ofisində bir araya gələn tərəfdarlar qarşıdan gələn “Bakı”-“İnter” oyun bağlı təlimatlarlandırılıblar.
Tərəfdarlarımız 60-a yaxın fanklub üzvünün qatıldığı iclasının ardından “Bakı” futbol klubunun təlim məşq bazasına gələrək, komandamızın növbəti məşqini izləyiblər.
Məşq texniki və taktiki planda digərlərindən fərqlənməsə də, əhval-ruhiyyə baxımından fərqli olub. “Bakı” azarkeşlərinin komandanın məşqinə gəlməsi və futbolçuları dəstəkləməsi onların böyük sevincinə səbəb olub.
Məşq boyu müxtəlif şüarlar səsləndirən fanatlar baş məşqçimiz Vinfrid Şeferin icazəsini alaraq İbrahim Karqbonu tribunaya dəvət ediblər. Komandamızın belçikalı yarımmüdafiəçisinə müqəddəs “Qurani Kərim” hədiyyə olunub.
Azarkeşlərlə xatirə şəkli çəkdirən qaradərili futbolçu azarkeşlərə təşəkkür edərək, məşqə davam edib.