Unibak Premyer Liqasının “Bakı”-“İnter” qarşılaşmasının hazırlıqlarına başlayan komandamız bu gün (14 dekabr 2010) saat 16:00-da “Bakı” futbol klubunun təlim- məşq bazasında növbəti məşqinə çıxıb.
Bir günlük fasilənin ardından bir yerə toplaşan Vinfrid Şeferin yetirmələri əvvəlcə əsas təbii örtüklü meydanda yüngül qaçış hərəkətlərini yerinə yetiriblər. Ardından kiçik meydançada toplu çalışmalar və taktiki tapşırıqlar üzərində işləyən futbolçular məşqin sonunda iki komandaya bölünərək ikitərəfli oyunda qüvvələrini sınayıblar.
Ernad Skuliç məşqçi Norbert Haunsteinin nəzarəti altında fərdi məşq keçib. Qapıçı Marko Şarliyanın çiynindən zədələnməsi səbəbindən onu əvəzedici komandada olan həmkarı əvəzləyib.
Digər qapıçımız Aqil Məmmədov və son oyunlarda sabit oyunu ilə diqqətləri çəkən gənc yarımmüdafiəçi Əziz Quliyev Berti Foqtsun dəvəti ilə Azərbaycan milli komandasının düşərgəsi yollanıblar.
Hacı Əhmədov və Rəhman Hacıyev də məşqi kənardan izləyənlər arasında olublar. Hər iki futbolçu əməliyyatdan yeni çıxdıqları səsəsi ilə bir müddət yaşıl meydanlardan kənarda qalmalı olacaq.
www.fcbaku.com