Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda NBC Bank Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunu keçirildi. "Muğan"ı qəbul edən "Bakı" ilk dəqiqələrdən hesabda geri düşməsinə baxmayaraq səddi aşan tərəf oldu.
Rəqiblər oyunun əsas vaxtında hərəyə bir dəfə fərqləndilər. 3-cü dəqiqədə Elnur Abdullayev qonaqları hesabda irəli çıxardı 0:1. Bu qolun cavabı 70-ci dəqiqədə Saşa Kaykutdan gəldi 1:1.
Əlavə vaxt qalibij təyin olunması üçün kifayət etməyincə, sıra 11 metrlik zərbələrə çatdı.
Oyunsonrası penalti seriyasında daha dəqiq olan "Bakı" (5:3) Kubok uğrunda mübarizəni davam etdirir. Trofey uğrunda mübarizə 2011-ci ilin mart ayından etibarən davam edəcək. Bu mrəhələdə komandamızın rəqibi "Qəbələ" olacaq.
www.fcbaku.com