“Bakı” futbol klubunun Almaniyaya təlim-məşq toplanışına yollanmasından sonra bazada sakitliyin hökm sürəcəyini proqnozlaşdırılır. Bu mülahizə ilə qismən razılaşmaq olar.
Amma “Bakı” klubunun əməkdaşları bazadakı sükutu pozmaq qərarına gəliblər. Belə ki, şənbə günü, iyunun 26-da bazada klub əməkdaşları ilə idman jurnalistləri arasında yoldaşlıq oyunu keçiriləcək.
Bu oyunda iştirak etmək istəyən yazarlar şənbə günü saat 15.00-da “Bakı” futbol klubunun təlim-məşq bazasına dəvət olunurlar.