Azərbaycan Kuboku uğrunda yarışların yarımfinal mərhələsinin ilk oyununda “Bakı” öz meydanında “İnter”ə 0:1 hesabı ilə məğlub oldu. Yeganə qolu 61-ci dəqiqədə komandamızın qapısından Asif Məmmədov keçirdi. Cavab qarşılaşması 1 həftə sonra “Şəfa” stadionunda baş tutacaq.