Türkiyə klubları üçün Avroliqa başa çatdı
Qalatasaray" Avropa Liqasında mübarizəni vaxtından əvvəl başa vurdu. Komandamızı dünən gecə turnirin 1/16 final mərhələsində Madrid "Atletiko"su mübarizədən kənarlaşdırdı.
Oyunun ilk yarısı "Cim-Bom"un açıq-aşkar üstünlüyü şəratinində keçdi. İkinci yarıya "Atletiko" daha fəal başladı və 63-cü dəqiqədə Simao hesabı açdı. Lakin bundan cəmi 3 dəqiqə sonra Arda Turanın gözəl ötürməsini qapıya göndərən Abdul Kader Keyta tarazlığı bərpa etdi. Matçın 78-ci dəqiqəsində italiyalı baş hakim "Qalatasaray"ın təmiz penaltisini qeydə almadı. Bundan dörd dəqiqə sonra isə Caner Erkin meydandan qovuldu. Umimiyyətlə hakim oyunu birtərəfli idarə etdi və bütün qərarları "Atletiko"nun xeyirinə oldu. Cütün taleyini isə Dieqo Forlanın 90-cı dəqiqədə vurduğu qol həll etdi.
Bununlada Avropada "Qalatasaray" fırtınası" ən azı bu mövsümlük başa çatdı.
www.bakifc.forummum.net